14 raket Kabili vurdu
https://azeri.sahartv.ir/news/dünya-i369836-14_raket_kabili_vurdu
Bu gün Kabil şəhəri 14 raketlə vurulub, nəticədə 3 nəfər ölüb, 11 nəfər yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 21, 2020 08:56 Asia/Baku
  • 14 raket Kabili vurdu

Bu gün Kabil şəhəri 14 raketlə vurulub, nəticədə 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

SəhərAzəri xəbər verir, Əfqanıstan Daxili İşlər Nazirliyi bu gün açıqlayıb: Kabil şəhəri bu gün on dörd raketin hədəfinə alindi, nəticədə üç nəfər ölüb, on bir nəfər yaralanıb. 
Məlumatda bildirilib ki, Kabilin Vəzir Əkbər Xan bölgəsinə bir neçə raketin düşməsindən sonra, ABŞ səfirliyinin sirenası səslənib.
Kabil polisi başqa bir hadisə barədə də bildirib ki, bu gün səhər Kabilin şərqindəki aztəminatlı bir  məntəqədə maqnit bombasının partlaması nəticəsində bir əsgər ölüb, daha üç əsgər isə yaralanıb. İkinci partlayış da Çehelsotun ərazisində baş verib, itkisi olmayib.