Tramp məğlubiyyətini qəbul etmədiyi üçün təzyiqə məruz qalıb
https://azeri.sahartv.ir/news/dünya-i369909-tramp_məğlubiyyətini_qəbul_etmədiyi_üçün_təzyiqə_məruz_qalıb
ABŞ prezidenti respublikaçı tərəfdarları tərəfindən bu ölkədəki son prezident seçkilərinin nəticələrini şübhə altına almaqdan çəkinmək üçün təzyiqə məruz qalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 23, 2020 15:49 Asia/Baku
  • Tramp məğlubiyyətini qəbul etmədiyi üçün təzyiqə məruz qalıb

ABŞ prezidenti respublikaçı tərəfdarları tərəfindən bu ölkədəki son prezident seçkilərinin nəticələrini şübhə altına almaqdan çəkinmək üçün təzyiqə məruz qalıb.

SəhərAzəri xəbər verir, Nyu-Cersi ştatının sabiq qubernatoru və ABŞ prezidenti Donald Trampın etibarlı simalarından biri olan Kris Kristi Trampən hüquqi komandasının fəaliyyətinin xalqın çaşğılığına səbəb olduğunu bildirib.

Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri H.R McMaster də deyib: "ABŞ prezidentinin ziyanverici hərəkətləri "Elektoral Kollec"-ın üzvləri arasında şübhə toxumu səpir".

ABŞ prezident seçkiləri 3 noyabr tarixində keçirilib. Mediaların təxminlərinə görə, Co Bayden 306 elektoral səs qazanaraq, bu seçkilərdə qalib gəlib.

Ancaq Tramp hələ ABŞ-dakı prezident seçkilərindəki məğlubiyyətini etiraf etməyib və seçki saxtakarlığı mövzusunu gündəmə gətirməyə davam edir.

Tramp kampaniyası və Respublikaçılar Partiyasının bu ölkənin müxtəlif ştatlarında, prezident seçkilərinin saxtalaşdırılması ilə bağlı çoxsaylı şikayətləri yetərincə dəlil olmadığı üçün nəticəsiz qalıb.