Rusiyada koronavirus statistikasında sıçrayış
Rusiyada koronavirusa yoluxanların və həyatını itirənlərin gündəlik sayında misli görünməmiş bir sıçrayış baş verib.
SəhərAzəri xəbər verir, belə bir halda, işsizlik göstəricisinin yeddiqat artması və daha sərt məhdudiyyətlərin tətbiq edilməsinin ziyanlı nəticələrindən yaranan qorxu bu ölkə hökumətini çətin bir dilemma qarşısında qoyubdur.
Rusiyada koronavirusa yoluxanların və həyatını itirənlərin gündəlik sayı hər gün yeni kvorumlar qeydə alır və bu ölkədə pandemiyanın başlanmasından bəri ilk dəfə olaraq, təkcə bir sutka ərzində 507 nəfər həyatını itirib. Bu göstərici ilə Rusiyada koronavirusdan ölənlərin sayı 38 min nəfər həddinə çatıbdır.
Qəti yoluxma halları da ardıcıl rekordlarla hazırda təqribən iki milyon 200 yüz min nəfərə çatıbdır. Belə bir halda, Rusiyanın bəzi səhiyyə rəsmiləri və vətəndaşları daha artıq məhdudiyyətlərin tətbiqində daha artıq qətiyyətliliyin göstərilməsini istəyirlər.
Rusiyada koronavirusa yoluxanların və həyatını itirənlərin sayının nəzərəçarpacaq dərəcədə artması ilə bir zamanda bu ölkə hökuməti qubernatorlara, bölgələrin və muxtar respublikaların başçılarına göstəriş veribdir ki, vilayətlər və bölgələrin şəraitinə əsasən, karantinə qayıdışı və daha sərt səhiyyə protokollarının icrasını gündəmə gətirsinlər.