İnsanın Marsa göndərilməsinin təxmini vaxtı açıqlanıb
https://azeri.sahartv.ir/news/dünya-i370323-İnsanın_marsa_göndərilməsinin_təxmini_vaxtı_açıqlanıb
"SpaceX"in qurucusu Elon Mask yaxın altı ildə insanları Marsa göndərəcəyini vəd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 02, 2020 19:11 Asia/Baku
  •  İnsanın Marsa göndərilməsinin təxmini vaxtı açıqlanıb

"SpaceX"in qurucusu Elon Mask yaxın altı ildə insanları Marsa göndərəcəyini vəd edib.

SəhərAzəri Trend-ə istinadən xəbər verir,bu barədə sahibkar Berlində Aksel-Şpringer mükafatının təqdimatı tədbirində bildirib.

"Yüksək bir ehtimalla, altı il içində bunun həyata keçiriləcəyini düşünürəm. Şanslıyıqsa, bəlkə də dörd ildən sonra" - Mask deyib.

O qeyd edib ki, artıq yaxın iki il ərzində Marsa komandasız kosmik gəmisini göndərmək planlaşdırılır.

Qeyd edək ki, SpaceX (Kosmik Kəşf Texnologiyalar Şirkəti‎) mərkəzi ABŞ-ın Kaliforniya ştatındakı Hotorn şəhərində olan bir amerikan kosmik nəqliyyat şirkətidir.