Dek 12, 2020 18:14 Asia/Baku
  • Rusiya ABŞ-ın Qərbi Saxara üzərində Mərakeşin suverenliyini tanımasını qınadı

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov, ABŞ-ın Qərbi Saxara üzərində Mərakeşin suverenliyini tanımasının beynəlxalq hüquqa zidd olduğunu söyləyib.

SəhərAzəri xəbər verir, Mixail Boqdanov Fəth və Sionist rejimi arasındakı razılaşmadan sonra, ABŞ-ın Qərbi Saxara üzərində rəsmi Rabatın suverenliyini tanıması ilə əlaqədar açıqlama verib.

Boqdanov bugünkü mətbuat konfransında bunları deyib: "Bu, beynəlxalq hüququn pozulmasıdır. Bu mövzuda qərarlar var, Qərbi Saxarada referendum keçirmək üçün BMT missiyası var. ABŞ-ın indi etdikləri, beynəlxalq hüquq və amerikalıların “hə” səsi verdiyi BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsindən kənara çıxan birtərəfli qərarlardır".

ABŞ-ın prezidenti Donald Tramp bir neçə gün əvvəl atdığı bir tvitdə, mübahisəli Qərbi Saxara bölgəsi üzərində Mərakeşin suverenliyini tanıyacaqlarını və orada diplomatik nümayəndəlik açacaqlarını açıqlamışdı.

Teqlər