Aparıcı ölkələr tərəfindən koronavirus peyvəndinin ehtikar edilməsinə tənqidlər artıbdır
Qərb ölkələrinin koronavirus peyvəndini təsdiqləyən əczaçılıq şirkətlərinin bütün məhsullarını almaq cəhdləri tənqid dalğası ilə qarşılanıb.
SəhərAzəri xəbər verir, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş katibi Xoze Anxel Qoriya Almaniyanın "Die Welt" jurnalına verdiyi müsahibədə sənayeləşmiş və zəngin ölkələr tərəfindən koronavirus peyvəndin təmin edilməsi strategiyası və yoxsul və ya az inkişaf etmiş ölkələrdə milyardlarla insanın həyatına laqeyd yanaşmasını kəskin şəkildə tənqid edib.
Xoze Anxel Qoriya peyvəndin dünya ölkələri arasında ədalətli bir şəkildə paylanmasına çağırıb. "Bu ağıllı bir addım olardı, çünki bu virus dünyanın hər yerində məhv edilməyənədək məğlub olmayacaq", - deyə o, əlavə edib:
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş katibi koronavirus pandemiyasının aydın şəkildə insanların indiyədək qarşılaşdığı ən böyük problem olduğunu vurğulayıb.
35 üzvü olan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı demokratiya və azad iqtisadiyyat prinsiplərinə sadiq beynəlxalq bir təşkilatdır.
Tədqiqatçılar elə bir halda dünyanın 7,8 milyard nəfərlik əhalisi üçün təsirli və etibarlı bir dərman və peyvəndə tapmağa çalışırlar ki, indiyədək dünyada 60 milyon 186 mindən çox insan koronavirusa yoluxub, bir milyon 416 mindən çox insan isə həyatını itirib.