Obama Avropa Birliyini aşağılamaqda ittiham olunub
https://azeri.sahartv.ir/news/dünya-i370972-obama_avropa_birliyini_aşağılamaqda_ittiham_olunub
ABŞ-ın keçmiş dövlət başçısı Barak Obama siyasi memuarlarının nəşr olunduğu “Vəd edilmiş torpaq” kitabında Avropa Birliyini "aşağılamaq"da günahlandırılıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 20, 2020 10:21 Asia/Baku
  • Obama Avropa Birliyini aşağılamaqda ittiham olunub

ABŞ-ın keçmiş dövlət başçısı Barak Obama siyasi memuarlarının nəşr olunduğu “Vəd edilmiş torpaq” kitabında Avropa Birliyini "aşağılamaq"da günahlandırılıb.

 SəhərAzəri Axar-a istinadla xəbər verir, bu barədə “Deyli Ekspress” qəzeti məlumat yayıb.

Obama kitabında qeyd edib ki, 2008-ci ildə baş verən maliyyə böhranından sonra Yunanıstanın borc krizisi yaşaması Avropanın on illərdir davam edən inteqrasiya yolunda həll olunmamış problemləri üzə çıxardı.

“Yunan siyasətçilərinin vəziyyətdən çıxış yolu yox idi, çünki Avrozonaya üzv olmaq ölkəni pul siyasəti sahəsində elastikliyindən məhrum edib”, - Obama kitabında qeyd edib.

Obama, həmçinin Merkel və Sarkozinin "seçicilərini əcnəbiləri iflasdan qurtarmağın zəruriliyinə inandırmaq" problemi ilə üz-üzə qaldıqlarını yazıb. Qeyd edib ki, bu, Avrozonaya inamı azaltdı və bunun izləri indi də görünür.