Lavrov: Amerika beynəlxalq hüququ pozmamalıdır
https://azeri.sahartv.ir/news/dünya-i371117-lavrov_amerika_beynəlxalq_hüququ_pozmamalıdır
Rusiyanın xarici işlər naziri Qətərin xarici işlər naziri ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2020 16:50 Asia/Baku
  • Lavrov: Amerika beynəlxalq hüququ pozmamalıdır

Rusiyanın xarici işlər naziri Qətərin xarici işlər naziri ilə görüşüb.

SəhərAzəri xəbər verir, Sergey Lavrov bu görüşdə ABŞ-ın Rusiyaya qarşı qanunsuz sanksiyalarına işarə ilə, Vaşinqtonun beynəlxalq hüququ pozmamalı olduğunu vurğulayıb.

Lavrov Muhəmməd bin Əbdurrəhman Ali Sani ilə görüşdə həmçinin vurğulayıb ki, Moskva Vaşinqtonun sanksiyalara dair hərəkətlərinin əvəzini çıxacaq və cavab addımları atacaqdır.

Lavrov bu görüşdə ABŞ-ın anti-Rusiya sanksiyaları məsələsindən əlavə, öz qətərli həmkarı ilə Fars Körfəzi, Suriya və Liviya ilə bağlı məsələlər barədə məşvərət edib.

Muhəmməd bin Əbdurrəhman Ali Sani də vurğulayıbdır ki, Doha Fars Körfəzi ətrafındakı ölkələrin İranla danışıq və müzakirələr aparmalarını istəyir və regionda sabitliyə gətirib çıxaracaq hər hansı təşəbbüsü alqışlayır.

O, həmçinin Moskva ilə Doha arasında iqtisadi münasibətlərin möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.

Qətərin xarici işlər naziri habelə vurğulayıb ki, bütün tərəflər Liviya böhranı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməlidirlər.