Koronavirus vəziyyətinin ağırlaşması nəticəsində ABŞ xəstənalarında fəlakət
Koronavirus vəziyyətinin daha da ağırlaşması və xəstəxanaya yatırılanların sayının misli görünməmiş tərzdə artması Amerika xəstəxanlarını çətin vəziyyətdə qoyubdur.
SəhərAzəri xəbər verir, həmçinin oksigen mənbələrinin kəskin şəkildə azalması xəstəxana başçılarını daxili fəlakət vəziyyəti elan etməyə məcbur edibdir.
Amerikanın Kaliforniya ştatının Los-Anceles bölgəsinin terapiya xidmətləri direktoru Kristina Qali bildiribdir ki, bəzi xəstəxanaların oksigen təminatı sahəsində tibb ləvazimatları üzrə infrastruktur problemlərlə üzləşmələri daxili fəlakət vəziyyətinin elan olunmasına bais olubdur.
Kristina Qali əlavə edib: Los-Ancelesin azı beş xəstəxanasında COVID-19-a yoluxmuş ağır dərəcəli xəstələrin oksigenlə təmin edilmələri məsələsi qeyd olunan vəziyyətin elan olunması ilə yanaşı, müalicə kursu keçən xəstələrin oksigen cihazlarından ayrılmalarına bais olubdur.
Hazırda Los-Anceles xəstəxanalarında COVID-19-a yoluxmuş yeddi min nəfərdən çox xəstə yatır və bu miqdardan min 400 nəfər reanimasiya və intensiv terapiya bölməsində saxlanılır.
Koronavirus pandemiyası Amerikada nadir bir böhran yaradıbdır ki, hökumətin faydasızlığı da onun şiddətlənməsində təsirsiz olmayıbdır.
Amerika COVID-19 xəstəliyi ilə çarpışan ölkələrin önündə gedir.
Amerika hökumətinin bu xəstəliyin nəzarətə alınması sahəsindəki qeyri-münasib tədbirləri Trampın üzərinə genişmiqyaslı tənqidlərin yağdırılmasına səbəb olubdur.
Amerikada koronavirusdan ölənlərin sayı 346 min 579 nəfərə yüksəlib və 19 milyon 977 min 704 nəfər də bu xəstəliyə yoluxubdur.