Yan 01, 2021 13:44 Asia/Baku
  • İŞİD Rusiya polislərinin öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb

İŞİD terror qruplaşması Rusiyanın Qafqaz bölgəsində yerləşən Çeçenistan Respublikasında iki polisin öldürülməsinə gətirib çıxaran rus polislərinə qarşı hücumun məsuliyyətini üzərinə götürüb.

SəhərAzəri xəbər verir, Rusiya kütləvi informasiya vasitələri, o cümlədən "RİA Novosti" informasiya agentliyi və "Russia Today" telekanalı cümə günü səhər saatlarında bildiriblər ki, İŞİD qruplaşması heç bir fakt təqdim etmədən Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində rus polislərə hücumun məsuliyyətini üzərinə götürübdür.

Hücum dekabrın 27-də baş verib və iki nəfər soyuq silahla Çeçenistanın paytaxtı Qroznı şəhərinin mərkəzində polislərə hücum edib. Nəticədə iki polis və hücumçu şəxslər öldürlüblər.

İki hücumçu şəxs iki qardaş olubdur. Onlar 2012-ci ildə qonşu İnquşetiya Respublikasından Çeçenistan Respublikasına gəliblər.

Çeçenistan Respublikasının yerləşdiyi Qafqaz regionunda durum son zamanlar gərginləşibdir.

Teqlər