Yan 02, 2021 12:11 Asia/Baku
  • ABŞ Senatı Trampın müdafiə büdcəsinə qoyduğu vetonu pozub

ABŞ Senatı bir səsvermədə bu ölkə prezidenti Donald Trampın, ABŞ-ın müdafiə büdcəsinin təsdiqlənməsinə mane olmaq üçün qoyduğu vetonu ləğv edib.

SəhərAzəri FARS xəbər agentliyinin məlumatına istinadən xəbər verir,, ABŞ Senatının keçirdiyi səsvrmədə 81 senator Trampın vetosunun ləğv edilməsinə səs verib, 13 senator isə onu dəstəkləyib; beləliklə də Senat Trampın vetosunu ləğv etmək üçün lazım olan üçdə iki səs çoxluğunu əldə edib. 

Bundan əvvəl ABŞ-ın Nümayəndələr Palatası da bir səsvermədə Trampın müdafiə büdcəsinə qoyduğu vetonu ləğv edib. 

Amerika qanunvericiliyinə görə, ölkə prezidenti veto ilə bir layihənin və ya qərarın qanuna çevrilməsinə mane ola bilər, lakin Konqresin hər iki palatasının üzvlərinin üçdə iki səsi vetonu ləğv etməyə yetər.

Trampın vetosunun lğəv edilməsi ilə Ağ Evdə olduğu müddətinin son günlərində onun üçün növbəti bir siyasi məğlubiyyət qeydə alındı.

Tramp keçən il dekabrın 23-də ABŞ Konqresinin hər iki palatasının təsdiqlədiyi 740 milyard dollarlıq büdcə layihəsinə veto qoyub.

Tramp qeyd olunan layihənin bir neçə bəndi, o cümlədən Amerikada quldarlıq dövrü generallarının adlarının qoyulduğu hərbi bazaların adlarını dəyişdirməyə çağıran bənd ilə müxalifdir.

Amerikada quldarlıq dövründəki generalların adlarının qoyulduğu hərbi bazaların adları son zamanlar polis zorakılığına və irqi ayrı-seçkiliyə qarşı daxili etirazlar və nümayişlərin yüksəlməsilə diqqət mərkəzinə alınıbdır.

Tramp Amerikada ağdərililərin irqi üstünlüyünün tərəfdarı olan qrupların əsas himayədarlarından biridir.

 

Teqlər