Yan 03, 2021 18:33 Asia/Baku
  • Etirazçılar Makkonnell ilə Pelosinin evlərinə hücum ediblər

Etirazçılar ABŞ vətəndaşları üçün iki min dollarlıq yardım paketinin qəbul edilməməsilə senatın əksəriyyət fraksiyası və konqresin nümayəndələr palatası sədrlərinin mənzillərinin qapılarına etiraz şüarları yazıblar.

SəhərAzəri xəbər verir, etirazçılar bu istiqamətdə senatın əksəriyyət fraksiyasının sədri Mitç Makkonnellin və konqresin nümayəndələr palatasının sədri Nensi Pelosinin mənzillərinə hücum ediblər. Onlar Makkonnellin evinin qapısı üzərinə boya spreyi ilə «Mənim pulum hardadır?» və «Makkonnell yoxsulları öldürür» kimi ibarələr yazıblar.

Həmçinin San-Fransisko polisi bildiribdir ki, bir qrup etirazçı Pelosinin mənzilinin qapısı üzərinə şüar yazaraq, onun qarşısına tərəf bir donuz başı tullayıbdır.

Makkonnell bir bəyanat yayaraq yazıbdır ki, Amerika cəmiyyətində təxribatçığa və qorxu yaratma siyasətinə yer yoxdur.

2020-ci ildən Amerikada koronavirusun yayılması ilə bu ölkə iqtisadiyyatı kəskin durğunluğa məruz və 20 milyona yaxın insan işsiz qalıbdır.

Demokratların nəzarəti altında olan ABŞ konqresinin nümayəndələr palatası ABŞ vətəndaşları üçün nəzərdə tutulmuş 600 dollarlıq yardım paketini iki min dollara artırmaq niyyətində olsa da onu qəbul etməsi üçün senatı qane edə bilməyibdir.

Bir rəy sorğusunun nəticəsi göstərir ki, Amerika xalqı iki min dollarlıq yardım paketininin qəbul edilməməsinə görə, həm respublikaçı Donald Trampın hökumətini, həm də demokratları müqəssir hesab edir.

Teqlər