Tramp heç vaxt seçkilərdəki məğlubiyyətini etiraf etməyəcəyini bildirib
https://azeri.sahartv.ir/news/dünya-i371697-tramp_heç_vaxt_seçkilərdəki_məğlubiyyətini_etiraf_etməyəcəyini_bildirib
ABŞ prezidenti Donald Tramp bildirib ki, heç vaxt seçkilərdəki məğlubiyyətini qəbul etməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2021 19:09 Asia/Baku
  • 	Tramp heç vaxt seçkilərdəki məğlubiyyətini etiraf etməyəcəyini bildirib

ABŞ prezidenti Donald Tramp bildirib ki, heç vaxt seçkilərdəki məğlubiyyətini qəbul etməyəcək.

SəhərAzəri Report-a istinadən xəbər verir, Ağ Ev rəhbəri bunu Vaşinqtonda tərəfdarları qarşısında çıxışında deyib.

"Biz heç vaxt təslim olmayacağıq, biz heç vaxt məğlubiyyəti qəbul etməyəcəyik", - Vaşinqtonda on minlərlə tərəfdarı qarşısında çıxış edən Tramp deyib.

Çərşənbə günü Konqres prezident seçkilərinin nəticələrini təsdiq etməlidir. Rəsmi məlumatlara görə, seçkilərdə Trampın rəqibi, demokrat Co Bayden qalib gəlib.

ABŞ-da prezident seçkiləri ötən il noyabrın 3-də keçirilib.