Demokratlar senatda qələbə qazandılar
Senat azlığının başçısı Çak Şumer ABŞ demokrat partiyasının senatda qalib gəldiyini elan edib.
SəhərAzəri xəbər verir, bundan öncə senat azlığının rəhbəri kimi tanınan Şumer bu qələbəni elan etməklə senat əksəriyyətinin liderinə çevrildi.
Con Ossoff və Rafael Varnak senat seçkilərinin ikinci turunda qalib gəldilər; bu da demokrat partiyasının senatda qalib gəlməsinə gətirib çıxardı.
Şumer bu iki demokrat namizədin qələbəsi ilə bağlı sevincini ifadə edərək bildirib: Bu gün mənim üçün fərqli bir gündür. Altı ildən sonra ilk dəfə olaraq, demokratlar senatda əksəriyyəti ələ aldılar və bu, Amerika xalqı üçün yaxşı bir xəbərdir.
Belə bir halda, Donald Tramp öz tərəfdarlarını respublikaçılara səs verməyə təşviq etmək üçün bazar ertəsi günü gecə Corciya ştatında bir toplantı təşkil etmişdi.