Yan 08, 2021 15:26 Asia/Baku
  • Amerikasonrası dövr başlandı

Amerika xarici əlaqələr şurası institutunun direktoru Trampın tərəfdarlarının konqresə hücumuna reaksiyada deyib: Heç vaxt təsəvvür etməzdim ki, Amerikanın paytaxtında belə bir görüntülərin şahidi olacaqğıq. Bu gündən Amerikasonrası dövr başlandı.

SəhərAzəri xəbər verir, Riçard Haas bir sıra tvittdə Trampın tərəfdarlarının konqresə hücumuna işarə edərək, bildirib: Dünyada heç kəs daha keçmişdəki kimi bizə hörmət, bizdən qorxmaq və ya bizdən asılı olmağın şahidi olmayacaq. Əgər tarixin Amerikasonrası dövrü başlanarsa, qəti şəkildə o, elə bu gün olacaqdır.

Benyamin Franklin əsas qanun konvensiyasından çıxarkən ondan razılaşdırılmış hökumətin növü barədə soruşdular. O, dedi: Bir respublika. Əlbəttə, əgər onu saxlaya bilsəniz. Bu gün vətəndaş savaşı dövründən bəri hər zamandakından daha az məlum oldu ki, biz bacararıq.

Riçard Haas həmçinin vurğulayıb: Məsələ təkcə bu deyildir ki, bizim etimadolunası tərzdə qanunun hakimiyyətini gücləndirməyimiz üçün uzun zaman keçməlidir. Bu, ağır nəticələri olacaq daxili bir böhrandır.

O, sonra bildirib: Bu nəticələr hakimiyyətin dinc şəkildə ötürülməsi, Amerikanın müstəsna olması və «təpə üzərində bri şəhər»in parlaması üçün çoxdur.

Çərşənbə günü Co Baydenin bu ölkənin prezident seçkilərindəki qələbəsinin yekun olaraq təsdiqlənməsi üçün ABŞ konqresinin senatla birgə keçirdiyi iclas Trampın tərəfdarlarından bir qrupunun konqres binasına hücumu nəticəsində yarımçıq qaldı.

Lakin Amerikadakı iğtişaş və hərc-mərcliyə rəğmən, bu ölkə konqresi nəhayət Co Baydenin qələsəbəsini ratifikasiya etdi.

Teqlər