İngiltərə əhalisinin sayına görə, dünyada koronavirusa yoluxma baxımından liderdir
İngiltərədə koronavirusdan ölənlərin sayı hər gün durmadan artırı və bu ölkənin Milli Statik Mərkəzindən verilən məlumata görə, indiyədək 94 mindən çox insan bu virus səbəbindən həyatını itirib.
SəhərAzəri xəbər verir, İngiltərədə mutasiyaya uğramış koronavirus İngiltərəni əhalisinin sayına görə, dünyada koronavirusa yoluxma baxımından lider ölkəyə çevirib.
Üç ay əvvəl COVİD-19 virusuna gündəlik yoluxma 5 mindən az olan İngiltərədə sərtləşdirilmiş karantin rejimi və ümumölkə məhdudiyyətlərin tətbiq edilməsinə baxmayaraq, hazırda bu rəqəm 60 min nəfərə çatıbdır və üç milyon qəti yoluxma faktına yaxınlaşıb.
Səhiyyə və müalicə müşahidəçilərinin dediyinə görə, xəstəxanalarda reanimasiya şöbələrinin dolması nəticəsində vəziyyəti ağır xəstələr xəsətəxanaya yerləşdirilmək üçün təcili yardım maşınlarında saatlarla gözləməli olurlar.
İngiltərə xəstəxanalarında mütəxəsis həkim olan Doktor Katrina Farl deyib: "Hədsiz həssas olan yüz minlərlə xəstənin həyatının təhlükəyə düşməsindən mən narahat və əsəbiyəm. Müalicə prosesində qeyri-müəyyənlik və səbatsızlıq hökm sürür, peyvəndləmə prosesi də düzgün aparılmır.
Çatışmazlıqlar, yaşamaq üçün koronavirus xəstələri arasında seçim etmək kimi dəhşətli bir vəziyyətə gətirib çıxarıb.
İngiltərənin Milli Səhiyyə Təşkilatının həkimi Meqan Smitt deyib: "Bizim heç birimiz belə bir vəziyyətdə olmağı və çətin qərar vermək istəmirik, Lakin süni tənəffüs aparatından istifadə etmək üçün qərar verməliyik, hal bu ki belə bir çətin qərar vermək məcburiyyətində qalmamalıdıq. Bu qərarın pxixoloji təzyiqi dəhşətlidir.