Pakistanda Əhli-Beyt (ə) ardıcıllarına qarşı hücum ABŞ-da etiraz doğurdu
Pakistanda Əhli-Beyt (ə) ardıcıllarının öldürülməsinə etiraz olaraq, ABŞ-ın bir çox şəhərində aksiyalar keçirilib.
SəhərAzəri xəbər verir, Boston şəhərində bir qrup müsəlman toplaşaraq, Pakistanın Əhli-Beyt (ə) ardıcıllarına qarşı dəhşətli cinayəti həyata keçirənlərə qarşı dərhal tədbir görülməsini tələb ediblər.
Nyu-Yorkdakı Pakistan konsulluğunun qarşısına toplaşan bir qrup müsəlman fəal, Pakistan Əhli-Beyt (ə) ardıcıllarının öldürülməsinə etiraz ediblər.
Xatırkadaq ki, bir neçə gün əvvəl Pakistanın Bəlucistan vilayətinin Maç bölgəsində bir qrup silahlının atəş etməsi nəticəsində ən azı 11 kömür mədəni işçisi həlak olmüş və bir neçə nəfər yaralanmışdı. Məlumata görə, həlak olan mədən işçiləri Kvettadakı Xəzəri Əhli-Beyt (ə) davamçılarının icmasından olduğu bildirilmişdi. Bu cinayət İŞİD terror qruplaşması tərəfindən törədilib.
11 mədən işçisinin ölümü ilə əlaqədar başsağlığı verən Pakistanın baş naziri İmran Xan, Əhli-Beyt (ə) ardıcılları olan Xəzəri icmasının təhlükəsizliyini təmin etmək üçün addımlar atacağına söz verdi.