Yan 31, 2021 15:27 Asia/Baku
  •  Fransada “təhlükəsizlik planına” qarşı etiraz  aksiyası keçirilib

Fransada “təhlükəsizlik planı”-nın əleyhdarları şənbə günü 30 Yanvar onlarla şəhərdə etiraz aksiyası keçiriblər.

SəhərAzəri xəbər verir ki, Keçən gün bir qurup insan o cümlədən “Sarı Yelək” hərəkatının fəalları, mədəniyyət sektorunu qoruyanlar və digərləri daxil olmaqla Fransa şəhərlərində geniş aksiya nümayiş etdiriblər.

Etirazçılar, təhlükəsizlik planı,polis məmurlarının görüntüləri  və şəkillərin sosial şəbəkələrdə paylaşmasını, Fransa polisinin zorakılıqlarını məhdudlaşdıran amillərdən hesab edirlər.

Plana qarşı çıxmaqla yanaşı, şənbə günü etirazçılar pilotsuz uçan təyyarələr və Trafik kameraları kimi müşahidə cihazlarının istifadəsinə etiraz etdiblər.

Etirazçılar hökumətin təhlükəsizlik planlarının “vətəndaş azadlıqları”-nı məhdudlaşdırdığını söyləyirlər.

Son aylar Fransa, Makronun təhlükəsizlik planlarına qarşı davamlı etirazların şahidi olub.

Fransa Prezidenti Emmanuel Makron qayda- qanunlara riayət etmək və polis qüvvələrini qorumaq üçün daha sərt planlar qəbul etməyi planlaşdırır.

Buna əsasən hökumət, polis məmurlarının görüntülərinin mediada və kiber məkanda yayımlanmasını məhdudlaşdırmağa çalışdı.

 

Teqlər