Navalnı 3,5 il müddətinə azadlıqdan məhrum edildi
https://azeri.sahartv.ir/news/dünya-i372830-navalnı_3_5_il_müddətinə_azadlıqdan_məhrum_edildi
Rusiyada əsas müxalif lider Aleksey Navalnı barəsində yeni həbs qərarı qəbul edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2021 06:13 Asia/Baku
  • Navalnı 3,5 il müddətinə azadlıqdan məhrum edildi

Rusiyada əsas müxalif lider Aleksey Navalnı barəsində yeni həbs qərarı qəbul edib.

SəhərAzəri xəbər verir ki,  Aleksey Navalnı barəsində qəbul edilən şərti cəza azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirilib və o, 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəl, Aleksey Navalnı şərti olaraq 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Aleksey Navalnının qardaşı Oleq Navalnı da 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin iddiasına əsasən, Navalnı qardaşları “2008-ci ildən 2013-cü ilə qədər fırıldaqçılıq yolu ilə “İv Roşe Vostok” şirkətinin 26,7 milyon məbləğində pulunu, eləcə də “Mnoqoprofilnaya proesesinqovaya kompaniya” firmasının 4,4 milyon rubl məbləğində pulunu qarət ediblər. Bununla belə onlar məhkəmənin siyasi motivlər əsasında qırar çıxardığını deyirlər. 

Son günlər Navalnının çağırışına cavab olaraq Rusiyanı etiraz aksiyaları bürüyüb və minlərlə nümayişçi həbs edilibdir. Rusiya hökuməti hadisələrə görə ABŞ və bəzi digər Qərb dövlətlərini müdaxiləçilikdə ittiham edir.