Fev 05, 2021 18:34 Asia/Baku
  • Almaniyada rus vaksininə baxışlar dəyişib

İndiyədək on beşdən çox ölkə «Sputnik V» adlı vaksini qeydiyyatdan keçirib. Mötəbər «Lanset» nəşrində bu vaksinin koronavirus qarşısında doxsan faizdən yuxarı təhlükəsizliyinə dair reportajın yayılmasından sonra Almaniyada da baxışlar dəyişibdir.

SəhərAzəri xəbər verir, Almaniyada rus «Sputnik V»yə baxışlar əvvəllər tərəddüdlə müşayiət olunsa da hazırda dəyişibdir. Bu günlər Almaniyada rus peyvəndinin birgə istehsalı üzrə xahiş irəli sürülür.

«Lanset» nəşrində mətləbin dərc olunması göstərir ki, bu peyvəndin doxsan faizdən çox səmərəliliyi var və bir neçə min nəfər üzərində test edilib. Maraqlı cəhət budur ki, ilk aşılamadan 21 gün sonra bu vaksinin koronavirus qarşısında doxsan-doxsan bir faizlik mühafizəsi müşahidə edilib.

Almanlar öz məhsulları olan «Biontek» vaksini ilə yanaşı, koronavirusla tez bir zamanda mübarizə aparmaq üçün rus «Sputnik V» peyvəndini də zəruri hesab edirlər.

Avropa ölkələri arasında Macarıstan gələn həftədən etibarən, rus vaksinini aşılamağa başlayacaq. Almaniya da, hətta Avropa Birliyindən lisenziyanın verilməsindən öncə, bu peyvəndin birgə istehsalına hazır olduğunu bildirib.

Teqlər