Avropa İttifaqı diplomatlarının Moskvadan qovulmasına münasibət bildirib
Avropanın üç ölkəsi, Almaniya, Polşa və İsveç rəsmiləri diplomatlarının Rusiyadan qovulmasına münasibət bildiriblər və qarşılıq vermək hüququnu özlərində saxlayıblar
SəhərAzəri xəbər verir ki, İsveçin Xarici İşlər Nazirliyi diplomatının qovulmasını təsdiqləyərək, bu hərəkəti tamamilə haqsız hesab edib və müvafiq tədbirlər görmək hüququnu özündə saxlayıb.
Polşanın Xarici İşlər Nazirliyi də bildirib ki, Varşava Moskvanın bu hərəkətinə cavab olaraq, bir rus diplomatı qovacaq.
Almaniya kansleri Angela Merkel də Moskvanın bu hərəkətini qınayıb və onu əsassız və qanunun aliliyinə zidd dəyərləndirib.
Rusiyanın Xarici İşlər Nazirliyi cümə günü rəsmi Moskvanın üç Almaniya, Polşa və İsveç diplomatını Aleksey Navalnıya dəstək məqsədilə keçirilən qanunsuz aksiyalarda iştirak etdikləri üçün ölkədən qovduğunu bildirib.