Fev 06, 2021 09:08 Asia/Baku
  • Co Baydenin açıqlamalarına Rusiyadan reaksiya

Kremlin mətbuat katibi Dmitri Peskov, ABŞ Prezidenti Co Baydenin Rusiya ilə bağlı açıqlamalarına cavab verib.

SəhərAzəri 525-ci qəzetə istinadən xəbər verir ki. Peskov cavabında "Bu açıqlamalar aqressiv və konstruktiv deyil. Rusiya ABŞ-ın ultimatumlarına dözməyəcək",- deyə cavab verib. Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden, Donald Tramp dövrünə toxunaraq Rusiyanın təcavüzkar hərəkətləri qarşısında ABŞ-ın təslim olduğu günlərin bitdiyini bildirmişdi.

Rusiyanın ABŞ-ın ultimatumlarına dözməyəcəyini söyləyən Peskov, həmçinin iki ölkənin dialoqlara davam edəcəklərinə ümid etdiklərini bildirib.

Teqlər