Fev 09, 2021 14:57 Asia/Baku
  • İtaliya Rusiya vaksini ardıncadır

Rusiyanın «Sputnik V» vaksininin dünyanın mötəbər jurnallarında təsdiqlənməsindən sonra İtaliya da daxil olmaqla Avropa ölkələrinin bu peyvəndə rəğbəti olduqca artıb.

SəhərAzəri xəbər verir ki, Mötəbər «Lanset» elmi jurnalında Rusiyanın «Sputnik V» vaksininin təqdibən 92 faizlik təsirinin təsdiq edilməsi avropalıların, o sıradan italyanların bu vaksinə qarşı geniş rəğbətinə səbəb olubdur.

İtaliyada bir qrup əyalət rəsmisi «Sputnik V» vaksinini əldə etmək istəyir. Onlar bildiriblər ki, bu peyvəndi satın almaq üçün birbaşa şəkildə Rusiya ilə əlaqə yaratmaq niyyətindədirlər.

İtaliyalı tədqiqatçılar «Sputnik V» vaksininin təsir gücünü olduqca yüksək hesab edirlər.

İtaliyalı ekspert və tədqiqatçı Barbara Gelaveti deyib:

m.q- Rus tədqiqatçılar «Sputnik V» vaksininin təsir gücünü daha da artırmaq üçün iki növbədə aşılanan iki növ təhlükəsiz virusdan istifadə ediblər. Birinci aşılamada bədənin immun sistemi mesajı tanıyır və şəxsi koronavirus qarşısında toxunulmaz edir və ikinci inyeksiyada bu toxunulmazlıq təmin edilir.

İtaliya-Rusiya ticarət palatasının həmsədri iki ay bundan öncə Moskvada bu peyvəndi vurdurmuş ilk italiyalıdır.

m.k- Mən «Sputnik V» peyvəndini Rusiyada vaksinasiyanın elə əvvəlində vurdurdum və vəziyyətim olduqca yaxşıdır.

Mərkəzi, Roma olan Latsio əyalətinin səhiyyə və terapiya üzrə məsul şəxsi də «Sputnik V» peyvəndinin tez bir zamanda satın alınması zərurətinə israr edib.

Koronavirusla son dərəcə mübarizə aparan və yüksək təsir gücünə malik vaksin əldə etmək problemini yaşayan İtaliya üç həftə bundan öncədən siyasi böhrana da düçar olubdur ki, bu da baş nazirin istefa verməsinə və yeni hökumətin təşkilinə səylə nəticələnibdir.

Teqlər