Rusiya XİN rus diplomatların kollektiv şəkildə İngiltərədən çıxmaları barədə izahat verib
https://azeri.sahartv.ir/news/dünya-i373237-rusiya_xİn_rus_diplomatların_kollektiv_şəkildə_İngiltərədən_çıxmaları_barədə_izahat_verib
Rusiya Xarici İşlər Nazirliyi bəzi sosial şəbəkələrin bir qrup rus diplomatın ailəsi ilə yanaşı İngiltərədən çıxmasının Londonun Moskvaya qarşı sanksiyaları ilə bağlı olmasına dair xəbərlərini təkzib edib və bu haqda izahat veribdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 14, 2021 14:25 Asia/Baku
  • Rusiya XİN rus diplomatların kollektiv şəkildə İngiltərədən çıxmaları barədə izahat verib

Rusiya Xarici İşlər Nazirliyi bəzi sosial şəbəkələrin bir qrup rus diplomatın ailəsi ilə yanaşı İngiltərədən çıxmasının Londonun Moskvaya qarşı sanksiyaları ilə bağlı olmasına dair xəbərlərini təkzib edib və bu haqda izahat veribdir.

SəhərAzəri xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bir bəyanatda bunu belə izah edib: Bu diplomatlar İngiltərədən çıxıblar, zira on yeni ailə Londona gedib və bu, diplomatik korpusun dövriyyəsində tamamilə adi bir məsələdir.

Bəyanatın davamında deyilir: İngiltərə hökuməti mürəkkəb bir viza mübadiləsinə malikdir və diplomatik korpusun işçilərinin dəyişdirilməsində müddətin adi və müntəzəm şəkildə uzadılması yerinə, iki tərəfin tam şəkildə razılaşdığı viza almaq üzrə sıyahılar tərtib edir. Buna görə, rus diplomatlar kollektiv surətdə öz ölkələrinə geri dönməyə məcburdurlar.

Bundan öncə Rusiyanın Londondakı səfiri Andrey Kelin İngiltərənin də Avropa Birliyinin ardınca gedərək, Aleksey Navalnı ətrafındakı vəziyyətlə bağlı Moskvaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini istisna etməmişdi.

Avropa ölkələrinin, hətta bəzi avropalı diplomatların iştirakı ilə rəsmi forma almış və Rusiyanın kəskin etirazı ilə üzləşmiş Aleksey Navalnının havadarlarının qanunsuz anti-hökumət aksiyalarına dəstək vermələri, Avropa Birliyi ilə Moskva arasındakı çəkişmələrdən yeni bir dalğanın yaranmasına bais olubdur.