Fransanın atom sınağının təsiri hələ də davam edir
Fev 14, 2021 15:35 Asia/Baku
Fransanın müstəmləkə dövrü zamanı Əlcəzairdə keçirdiyi nüvə sınaqlarının təsiri bölgədə hələ də davam edir.
SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, bunu Əlcəzair xarici işlər naziri Səbri Bukadum Tvitterdə qeyd edib.
“Fransanın nüvə bombası sınağı Xirosimaya atılan atom bombasının 3-4 qatına bərabər, 70 kiloton gücündə olduğu ortaya çıxdı. Partlayışın dəhşətli təsirləri hələ də davam edir”, - o bildirib.
Qeyd edək ki, Fransanın 1960-1966-cı illərdə Əlcəzair səhrasında ən az 17 nüvə sınağı keçirdiyi bildirilir. Əlcəzair buna görə Fransadan təzminat tələb etsə də, qarşı tərəf bu tələbləri qəbul etməyib.