Fev 14, 2021 19:34 Asia/Baku
  • Yaponiyada zəlzələ nəticəsində azı 150 nəfər yaralanıb

Dünən Yaponiyanın şimal-şərqində yerləşən Fokosima bölgəsində Rixter şkalası ilə 7,3 bal gücündə baş verən yeraltı təkan nəticəsində azı 150 nəfər yaralanıb.

SəhərAzəri xəbər verir ki, Dünən saat 23:07-də baş vermiş yeraltı təkanla bağlı indiyədək heç bir tələfat qeydə alınmayıb. Amma Senday şəhərində yerləşən Tohoku universitetinin doktorluq tələbəsi Conatan Stimer bu barədə deyib: Bu zəlzələ qarşıdakı günlərdə sayıq olmaq üçün bir təhlükə zəngi idi.

Yaponiyanın baş naziri Yuşihide Suqa da nazirlər kabinetinin üzvlərilə iclasda deyib: Hökumət çox sayda yaralı barədə məlumatlar alıb və xalqdan istəyir ki, sayıq olsun.

Suqa həmçinin xəbərdarlıq edibdir ki, qarşıdakı yeddi gün ərzində Rixter şkalası ilə altı baldan yuxarı zəlzələ baş verə bilər.

Şənbə günü gecə baş verən zəlzələdən sonra bir neçə kiçik yeraltı təkan baş verib. Düzdür, sunami baş verməyib, amma şənbə günü gecə Yaponiyada baş verən zəlzələ on il bundan öncə baş vermiş doqquz ballıq zəlzələni xatırladır.

Teqlər