Fev 17, 2021 09:09 Asia/Baku
  • Fransada anti-islam qanun layihəsinə qarşı aksiya keçirilib

Fransanın paytaxtı Parıs şəhərində İslam əleyhinə olan bir qanun layihəsinə qarşı etiraz aksiyası keçirilib.

SəhərAzəri xəbər verir ki,insan haqları fəalları və İslami Dərnəklərin üzvləri müsəlmanların hüquqlarını təmin etmək və bu məsələ ki, müsəlmanlarda digər vətəndaşlarla eyni olmalıdırlar, habelə irqi ayrı-seçkiliyə qarşı Parisdəki Eyfel Qülləsinin yaxınlığındakı meydanda etiraz aksiyası keçirib və anti-islam bir qanun layihəsi ilə müxalifətlərini bildiriblər və onun irqi ayrı-seçkiliyin təsbit olunması üçün zəmin yaratdığını söyləyiblər.

Etirazçılar Fransa hökumətinin irqçiliyini qınayaraq, bu qanun layihəsinin qəbul edilməsindən məqsədin bu ölkədəki müsəlmanlara daha çox təzyiq göstərmək olduğunu qeyd ediblər.

Fransa parlamentinin üzvləri çərşənbə axşamı günü İslam və müsəlmanların əleyhinə bir qanun layihəsi təsdiq edib və onu respublikanın dəyərlərini gücləndirmək üçün zəmin yaradan üsullar kimi dəyərləndiriblər. Hansı ki, müsəlmanlara qarşı təzyiqlərin artmasına səbəb olacaq.

Qanuna çevrilməsi üçün bu layihənin təsdiqi yekunlaşarsa Fransa dəyərlərinə kömək etmək bəhanəsilə İslam və müsəlmanlarla müxalifət olunacaq.

Mübahisəli qanun layihəsinin bir hissəsində 18 yaşınadək müsəlman qızların ictimai yerlərdə hicab taxması qadağandır.

Teqlər