Rusiyada koronavirus əleyhinə üçüncü peyvənd qeydiyyatdan keçib
https://azeri.sahartv.ir/news/dünya-i373500-rusiyada_koronavirus_əleyhinə_üçüncü_peyvənd_qeydiyyatdan_keçib
Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı üçüncü vaksin qeydiyyatdan keçib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2021 09:28 Asia/Baku
  • Rusiyada koronavirus əleyhinə üçüncü peyvənd qeydiyyatdan keçib

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı üçüncü vaksin qeydiyyatdan keçib.

SəhərAzəri xəbər verir, “Kovivak” adlandırılan vaksin Çumakov adına Mərkəz tərəfindən işlənib hazırlanıb. 

Koronavirusa qarşı “Kovivak” peyvəndinin qeydiyyatdan keçdiyini baş nazir Mixail Mişustin açıqlayıb.

Qeyd olunub ki, ilk 120 min doza vaksin mart ayının ortalarında dövriyyəyə buraxılacaq.

Xatırladaq ki, Rusiyada “Sputnik V” adlanan ilk peyvənd ötən ilin avqustunda qeydiyyatdan keçib. Bundan sonra koronavirus əleyhinə ikinci "EpiVacCorona" peyvəndi qeydiyyata alınıb.