Maduro: “Avropa sanksiya siyasətindən imtina etməyincə danışıqlar aparmayacağıq”
Avropa İttifaqının (Aİ) 19 Venesuela səlahiyyətlisini sanksiya siyahısına daxil etməsi ilə əlaqədar son addımından sonra, Venesuelanın prezidenti Nikolas Maduro rəsmi Karakasın sanksiya siyasətindən əl çəkməyincə Aİ ilə hər hansı danışıqlara getməyəcəyi barədə xəbərdarlıq edib.
SaharAzeri-nin Deyerler.org-a istinadən verdiyi xəbərə əsasən, Maduro bu sözləri Aİ-nin Karakasdakı səfirinə Aİ-nin sanksiyalarına cavab olaraq ölkəni tərk etməsi üçün 72 saat vaxt verdikdən sonra söyləyib.
Bundan əvvəl, Venesuela Milli Məclisi Venesuelanın prezidenti Nikolas Maduro hökumətini, Aİ-nin Venesueladakı səfiri İzabel Brillianti Pedrozanı “arzuolunmaz şəxs” elan etməsinə və ölkədən qovmasına çağırmışdı.
Aİ-nin xarici işlər nazirləri bazar ertəsi (22 fevral) Venesuelada demokratiyanı zəiflətdikləri və ya hüquqlarından sui-istifadə etdiklərinə förə, daha 19 Venesuela rəsmisinə qarşı sanksiya tətbiq etmişdi.
Aİ Maduro hökumətini zəiflətməyə və təcrid etməyə çalışan Venesuelanın müxalifət partiyalarını ilk dəfə dəstəkləmir.
Avropa Parlamenti bu yaxınlarda Aİ hökumətlərini Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanımağa çağırmışdı.