Avropa Birliyi Ermənistandakı çevriliş cəhdiylə bağlı bəyanat yaydı
https://azeri.sahartv.ir/news/dünya-i373725-avropa_birliyi_ermənistandakı_çevriliş_cəhdiylə_bağlı_bəyanat_yaydı
Avropa Birliyi Ermənistandakı çevriliş cəhdi ilə əlaqədar bəyanat yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2021 18:53 Asia/Baku
  • Avropa Birliyi Ermənistandakı çevriliş cəhdiylə bağlı bəyanat yaydı

Avropa Birliyi Ermənistandakı çevriliş cəhdi ilə əlaqədar bəyanat yayıb.

SaharAzeri xəbər verir ki, bəyanatda deyilir:

"Avropa İttifaqı Ermənistandakı hadisələri çox yaxından izləyir. Bütün tərəfləri sakit olmağa, gərginliyi artıran hərəkətlərdən çəkinməyə, demokratik prinsiplərə və proseslərə hörmət etməyə çağırırıq. Siyasi müxtəlifliklər parlamentar demokratiya proseslərinə və prinsiplərinə möhkəm şəkildə sadiq qalmaqla həll edilməlidir. Ermənistan konstitusiyasına uyğun olaraq, silahlı qüvvələr siyasi məsələlərdə neytrallığı qorumalıdır. Demokratik və konstitusion qaydaları gözləmək Ermənistanın üzləşdiyi çağırışların öhdəsindən gəlməsi üçün yeganə yoldur”.