Yəmənlilər 14 PUA və 8 raketlə Ərəbistana hücum ediblər
https://azeri.sahartv.ir/news/dünya-i374156-yəmənlilər_14_pua_və_8_raketlə_Ərəbistana_hücum_ediblər
Yəmən Silahlı Qüvvələrinin sözçüsü bazar günü axşam Səudiyyə Ərəbistanının hərbi bazaları, həmçinin həssas və mühüm mövqelərinin 14 Pilotsuz Uçuş Aparatı (PUA) və 8 raketlə hədəfə alındığından xəbər verib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Mart 08, 2021 12:01 Asia/Baku
  • Yəmənlilər 14 PUA və 8 raketlə Ərəbistana hücum ediblər

Yəmən Silahlı Qüvvələrinin sözçüsü bazar günü axşam Səudiyyə Ərəbistanının hərbi bazaları, həmçinin həssas və mühüm mövqelərinin 14 Pilotsuz Uçuş Aparatı (PUA) və 8 raketlə hədəfə alındığından xəbər verib.

SəhərAzəri xəbər verir ki, Yəhya Səri keçirdiyi mətbuat konfransında əlavə edib: "Yəmən Ordusu Və Xalq Komitələri Qüvvələrinin raket və PUA bölmələri Ərəbistan ərazisinə genişmiqyaslı və birgə hücum həyata keçirməyə müvəffəq olublar.  O, bu hücumların Rəsəl-Tənurə limanındakı Aramko şirkətini hədəfə aldığını qeyd edib.

Səri, həmçinin Əsir və Cizan bölgələrində bir neçə hərbi bazanın 4 ədəd pilotsuz və 7 ədəd "Bədr" raketi ilə hədəfə alındığını bildirib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü bu hücumların, koalisiya hücumlarının intensizləşməsinə və Yəmənin tamamilə mühasirəyə alınmasına cavab olaraq, Yəmən xalqının təbii və qanuni hüquqlarını təmin etmək üçün həyata keçirildiyini qeyd edib.

Səri Ərəbistan və müttəfiqlərinə xəbərdarlıq edərək, deyib: "Səudiyyə rejimi ölkəmizə qarşı təcavüzünü və mühasirəsini davam etdirdiyi müddətcə bu ölkəyə belə əməliyyatların keçiriləcəyi ilə bağlı xəbərdarlıq edirik".

Bu hücumlarla eyni zamanda, Röyters xəbər agentliyi şahidlərə istinadən Ərəbistanın şərqində yerləşən Əl-Zəhran şəhərində partlayış səsinin eşidildiyindən xəbər verib.

Yəmən ordusunun çəkindirici hücumları, Məaribdə Ənsarullahdan ağır məğlubiyyətlər alan səud koalisiyasının Yəmənin paytaxtı Sənanı bombalamasından sonra baş verib.

Səud koalisiyasının hava hücumları isə Ənsarullah hərəkatına bağlı Yəmən Ordusu Və Xalq Komitələri Qüvvələrinin Məaribdə hərbi üstünlüyü, həmçinin Ərəbistan torpaqlarının dərinliyinə raket və PUA zərbələrindən sonra baş verib.