Aİ peyvəndləmə prosesində 100 milyard dollar ziyana düşə bilər
Amerikanın "Bloomberg" xəbər portalı, Avropa Birliyinin koronavirusa qarşı peyvəndləmə prosesinin yavaş sürəti və birliyə üzv ölkələrdə virusun yayılmasının davam etməsi nəticəsində 100 milyard avro ziyana düşəcəyini təxmin edib.
SəhərAzəri xəbər verir, "Bloomberg" portalının məlumatına görə, Avropada vaksinasiyanın yavaş tempi investorların narahatlığına səbəb olub, koronavirusa yoluxma hallarının davamlı artması investorların hazırkı strategiyalarını poza bilər və uzunmüddətli karantinlər iqtisadiyyatı təhdid edir.
Bloomberg yazıb: "İşin bərpa olunmasının bir-iki ay təxirə salınması Avropa Birliyi iqtisadiyyatına 50-100 milyard avroya başa gələ bilər.
Avropa qitəsi, siyasi qarşıdurmalar, tədarükün pozulması və cəmiyyətin müqaviməti nəticəsində peyvəndin paylanmasından geridə qalıb.