Rusiya Asiyada raket yerləşdirilməsi barədə Amerikaya xəbərdarlıq edib
Rusiya xarici işlər nazirliyinin sözçüsü Yaponiya da daxil olmaqla Asiyada Amerikanın hən hansı raketi və ya raket sisteminin yerləşdirilməsi haqda xəbərdarlıq edib.
SəhərAzəri xəbər verir ki, Mariya Zaxarova bu gün belə deyib: Əgər Amerika Yaponiyada raket və ya raket sistemi yerləşdirərsə, Rusiya da öz milli təhlükəsizliyini müdafiə etmək üçün bu hərəkətin əvəzini çıxacaq.
Zaxarova sonra deyib: Qısa və orta mənzilli raketlərin hər bir formada dünyanın müxtəlif nöqtələrində, o sıradan Asiyada yerləşdirilməsi regional və beynəlxalq təhlükəsizlik baxımından sabitliyin pozulmasında ciddi təsirə malik olaraq, gözlənilməz nəticəli silah rəqabətinin yeni dövrünün başlanmasına bais olacaq.
Bundan öncə Rusiyanın Amerikadakı səfiri Anatoli Antonov demişdi ki, Moskva Vaşinqtonun Asiya və Okeaniyada raket yerləşdirməsinə cavab verəcək.