Zaxarova: “Britaniyanın imperiya ambisiyaları bitməyib”
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Böyük Britaniyanın strateji silahlarını artırma planlarının arxasında “imperiya” ambisiyalarını gördüyünü bildirib.
SəhərAzəri - Zaxarova Vesti FM radiosunda açıqlamasında Londonun nüvə potensialını artırma planları ilə əlaqədar bunları deyib: “Böyük Britaniya üçün hər şey məyus edici haldadır. İmperiya ambisiyaları problemi heç bir halda itməyib. Bu ambisiyalar hələ də mövcuddur, lakin bunların altında heç bir əsas yoxdur. Üstəlik, bünövrəsi də çürümüşdür”.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov da, London hökumətinin ölkənin nüvə potensialını artırmaq qərarının qlobal sabitliyə zərər verəcəyini bildirmişdi.
Uzunmüddətli xarici siyasət baxışı çərçivəsində 2010-cu ildə nüvə başlıqlarının sayını 180-ə endirmək qərarından imtina edən London hökuməti, qiymətləndirmədən sonra nüvə silahlarının sayını 260-a çatdırmaq qərarına gəlib.