Peskov: "Bayden Rusiya ilə münasibətləri nizamlamaqda maraqlı deyil"
Mart 18, 2021 16:18 Asia/Baku
Rusiya tərəfi Putini “qatil” adlandıran Co Baydenə cavab verib.
SəhərAzəri - Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov ABŞ prezidentinin dediyi sözləri qəbuledilməz adlandırıb.
“Mən bu sözlərə reaksiya verərkən çox söz demək istəməzdim. Bu ABŞ prezidentinin çox xoşagəlməz sözləridir. O birmənalı olaraq ölkəmizlə münasibətləri nizamlamaqda maraqlı deyil. Belə şey tarixdə olmayıb”.