Meksikanı meşə yanğınları cənginə aldı
Mart 21, 2021 13:36 Asia/Baku
Meksika hökuməti ölkənin şimal sərhədində baş verən meşə yanğınlarını söndürmək üçün 800 işçi və hərbçini səfərbər edib.
SəhərAzəri xəbər verir ki, bu barədə yerli “Televisa” telekanalı məlumat yayıb.
Məlumata görə, əlverişsiz hava şəraitində dəniz səviyyəsindən 2,5 km hündürlükdə yanğınsöndürmə işləri aparılır.
Bir neçə gündür davam edən yanğın Koaiule ştatında 3,8 hektar meşə sahəsini məhv edib.
Xeyli canlı qüvvə və aviasiya texnikalarının cəlb edilməsinə baxmayaraq hələ ki, yanğını lokallaşdırmaq mümkün olmayıb.