Mart 22, 2021 20:24 Asia/Baku
  • Avropa vaksin müharibəsi ərəfəsində

«Astra-Zeneka» şirkətinin Avropa Birliyi qarşısındakı sədaqətsizlikləri Avropa Komissiyasının İngiltərəyə və bu şirkətə qarşı, ixracatın dayandırılmasına dair təhdidlərini gücləndirməsinə səbəb olub.

SəhərAzəri xəbər verir ki, Avstriyada çıxan «Kuryer» qəzeti bir reportajda Avropa Birliyi ilə İngiltərə arasında vaksin müharibəsinin baş verməsi təhlükəsindən xəbər verərək, yazıb: Avropa Birliyində vaksin çatışmazlığına görə, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen xüsusən İngiltərəyə və «Astra-Zeneka» şirkətinə qarşı yeni ixracat məhdudiyyətlərini iş gündəminə daxil edib.

Bu məlumata görə, Avropa Komissiyasının sədri həmçinin vurğulayıb: Bu, bizim «Astra-Zeneka» şirkətinə olan mesajımızdır ki; sən digər ölkələrə ixracata başlamazdan öncə Avropa ilə razılaşmalarını yerinə yetir.

Avropa Birliyinin bu təhdidi Londonun hiddətini doğurub.

«Faynenşel Tayms» qəzetinin məlumatına görə, İngiltərənin baş naziri Boris Conson məxfi müzakirələrdə vaksin müharibəsinin baş verməsi barədə Brüsselə xəbərdarlıq edib.

Bu arada İtaliyada rus «Sputnik V» peyvəndinin Avropa istehsalının ilk dozalarının düzəldilməsi həyata keçirilməkdədir. Bu addım Avropa Dərman Agentliyinin təsdiqindən öncə atılır.

Rusiya birbaşa investisiya fondu- RDİF və İsveçrə əczaçılıq şirkəti «Adienne» rus peyvəndinin istehsalını İtaliyanın Lombardiya regionunda başlamaq istəyirlər.

Rusiya gözləyir ki, Macarıstandan sonra digər Avropa ölkələri də Avropa Dərman Agentliyindən müstəqil şəkildə rus vaksini- «Sputnik V»ni təsdiq edə bilsinlər.

Rusiya həmçinin Fransa və Almaniya da daxil olmaqla Avropada rus peyvəndinin istehsalı üzrə daha çox şöbənin yaradılmasını nəzərdə tutur.

Avstriya da bir neçə həftə bundan öncə bu ölkədə rus vaksininin istehsalı imkanı haqda Rusiya rəsmiləri ilə müzakirələr aparıbdır.

Teqlər