Berlində koronavirus barədə qərar
Almaniyadakı etirazlar arasında koronavirus barədə qərar çıxarılır.
Almaniya hökuməti elə bir halda koronavirus məhdudiyyətləri barədə qərar çıxarmaq istəyir ki, bu ölkədə dörd ay ümumi tətillərə etirazlar daha əyani xarakter alıbdır. Belə bir halda, ekspertlər koronavirusun vəziyyəti barədə o qədər də ümidverici olmayan proqnozlar ediblər.
Deputat Karl Lavterbax deyir: "Tədbirlərdə təxir, vəziyyəti daha da pisləşdirir. Biz tətillərə qayıdaraq, təcili əyləci basmalıyıq".
«Təcili əyləc» son günlər Almaniyada işlədilən açar ifadədir. Bu mənada ki; cüzi yoluxmanın artması ilə həyata keçirilmiş açılışlar bir daha ləğv olunacaq. Eyni zamanda tətillər Avropanın ən iri iqtisadiyyatı üçün mühüm bir problemdir ki, onun təkcə turizm sektoru, hotel sahibləri birliyi sədrinin dedyinə görə, ağır xəsarətlərə düçar olubdur.
Almaniyanın Otelçilər Birliyinin sədri Gido Solik deyir: "Yeddi aydır ki, peşəmizlə bağlı olan bütün mərkəzlər bağlanıb və bütün peşə sahibləri arasında çaşqınlıq yaranıb. Bizim məcmuəmiz altında olan şirkətlərin təxminən 25 faizi müflis olduğunu elan etmək fikrindədir".
İndi Almaniya hökuməti ümumölkə tətillərinə etirazlar ilə koronavirusun üçüncü dalğasının daxil olması arasında qalaraq, yaz fəslində məhdudiyyətlərin davam etməsi barədə qərara gəlməlidir.
Medialar belə təxmin ediblər ki, Almaniya hökuməti koronavirus göstəricisinin artmasına görə, bu ölkədəki fövqəladə vəziyyəti və ümumölkə tətillərini daha dörd həftə müddətinə uzatmaq fikrindədir.