Mart 25, 2021 09:52 Asia/Baku
  • BMT: Liviyalılar xarici muzdluların ölkədən çıxarılmasını tələb edirlər

Beynəlxalq muzdurları Liviyadan çıxarmaq, ölkənin bütün ərazisində vahid suveren hakimiyyəti və təhlükəsizliyi təmin etmək lazımdır.

SəhərAzəri   “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu BMT-nin Təhlükəsizlik Şurasının iclasında təşkilatın Liviya üzrə xüsusi nümayəndəsi Yan Kubiş bildirib.

 "Liviyada parçalanmanın qarşısı alınıb. Ölkədə 24 dekabr 2021-ə qədər livanlılarla rəhbərlik edəcək müvəqqəti icra hakimiyyəti - milli birlik hökuməti yaradılıb. Məhz bu tarixdə ümumi seçkilər təyin edilib. İndi əsas məsələ beynəlxalq muzdurları Liviyadan çıxarmaq, pandemiyaya üstün gəlmək, ölkənin bütün ərazisində vahid suveren hakimiyyəti və təhlükəsizliyi təmin etməkdir", - Kubiş deyib.

 O, əlavə edib ki, siyasi mövqelərindən asılı olmayaraq, livanlılar xarici qüvvələri ölkəni tərk etməyə çağırır.

 Ancaq döyüşçülər əvvəlki kimi ölkədədir. Onların Liviyadan gedişi ölkədə birliyin bərpası və müstəqillik üçün böyük əhəmiyyətə malik olacaq, həmçinin çoxillik daxili çəkişmələrin, silahlı konfliktin və xarici müdaxilənin nəticəsi olan dərin yaraları sağaltmağa kömək edəcək.

 

Teqlər