Rusiyadan ABŞ-a xəbərdarlıq
Rusiya təhlükəsizlik şurasının katibi Nikolay Patruşev xəbərdarlıq edib ki, Vaşinqton Moskvaya qarşı hər cür təxribatçı hərəkətə görə, özünü cavabdeh bilsin.
SəhərAzəri xəbər verir ki, Amerika milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bazar ertəsi günü gecə MSNBC telekanalı ilə müsahibədə deyib: Biz bu qənaətdəyik ki, Rusiya ilə çətin günlərimiz olacaq, zira «güc» ilə cavab verməli olacağımız məsələlər var.
Patruşev Sallivanın Rusiya barədəki bu xəbərdarlıqedici sözlərinə əsasən, deyib: Amerikalılar tərəfindən hər hansı proqnoz, öz istəklərini yerinə yetirmək üzrə proqramlaşdırma aparmaq mənasına gəlir.
O, sonra deyib: Amerika atdığı addımlara görə, cavab verməlidir.
Nyu-York Tayms qəzeti də son zamanlar xəbər vermişdi ki, Vaşinqton Rusiyaya aid edilən Amerikanın «SolarWinds» kompüter proqramı şirkətinin hakk edilməsinə cavab olaraq, rus rəsmilərin daxili sistemlərinə qarşı bir sıra kiberhücumlar həyata keçirmək niyyətindədir.
Bu amerikan qəzet öz reportajında qeyd edibdir ki, gözlənildiyinə görə, həmin istiqamətdə atılacaq ilk əsas addım, qarşıdakı üç həftə ərzində həyata keçiriləcək.
Amerikalı mənbələr xəbər veriblər ki, bu hücumlar Rusiyaya qarşı iqtisadi sanksiyalarla bir yerdə olacaqdır.