Soyuq hava şəraiti Texasda 100-dən çox can aldı
https://azeri.sahartv.ir/news/dünya-i374931-soyuq_hava_şəraiti_texasda_100_dən_çox_can_aldı
ABŞ-ın mərkəzi və cənub hissələrini, xüsusilə Texas ştatını təsir dairəsinə alan güclü qar və şaxta çətin vəziyyətlərə səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 26, 2021 18:22 Asia/Baku
  • Soyuq hava şəraiti Texasda 100-dən çox can aldı

ABŞ-ın mərkəzi və cənub hissələrini, xüsusilə Texas ştatını təsir dairəsinə alan güclü qar və şaxta çətin vəziyyətlərə səbəb olub.

SəhərAzəri xəbər verir ki, ABŞ-ın Texas ştatında şiddətli qütb soyuğunun yaratdığı hava şəraiti və elektrik enerjisinin kəsilməsi səbəbindən ölənlərin sayı 111-ə yüksəlib.

Ölənlərin əksəriyyətinin hipotermiyadan, bəzilərinin isə güclü qar yağışı və yolların buz bağlaması nəticəsində meydana gələn qəzalar səbəbindən həyatlarını itirdikləri bildirilir.

Ştatda təxminən 4 milyon ailənin şiddətli fırtına səbəbiylə elektrikə və içməli suya olan ehtiyacları ödənilmir. Səlahiyyətlilər bu səbəbdən ölənlərin sayının artacağından narahatdırlar.

Qeyd edək ki, fevral-ın 11-dən bəri ABŞ-ın mərkəzi və cənub əyalətlərində həyatı iflic edən sərt hava şəraiti Arkansas, Oklahoma, Tennessi, Kentuki və Alabama ştatlarında da ciddi itkilərə yol açıb.

Yerli mənbələr mənfi hava şəraitinin Texasa 45-50 milyard dollar zərər verdiyini iddia edblər.