Sanders: “ABŞ-da 50 nəfərin sərvəti xalqın sərvətinin yarısına bərabərdir”
https://azeri.sahartv.ir/news/dünya-i374966-sanders_abŞ_da_50_nəfərin_sərvəti_xalqın_sərvətinin_yarısına_bərabərdir
ABŞ-ın Vermont ştatının senatoru Berni Sanders Tvitter mesajında ABŞ-da dərmanın təəccüblü səviyyədə baha olan qiymətlərindən bəhs edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 27, 2021 19:35 Asia/Baku
  • Sanders: “ABŞ-da 50 nəfərin sərvəti xalqın sərvətinin yarısına bərabərdir”

ABŞ-ın Vermont ştatının senatoru Berni Sanders Tvitter mesajında ABŞ-da dərmanın təəccüblü səviyyədə baha olan qiymətlərindən bəhs edib.

SəhərAzəri Deyerler.org-a istinadla  xəbər verir ki, amerikalı senator tvitində, bəzi dərmanların qiymətlərini Kanada ilə müqayisə edib: “Bir halda, bağırsaqların xroniki iltihabını müalicə etmək üçün istifadə edilən dərman ABŞ-da 830 dollar, eyni dərman Kanadada 80 dollardır.

 Sanders tvitində bir neçə digər dərmanın qiymətini də qeyd edib: “Astma müalicəsi üçün ABŞ-da 242 dollar olan bir dərman, Kanadada 28 dollara satılır”.

 Sanders Tvitter mesajının sonunda bunu qeyd edib: “Dərmanın qiyməti ilə bağlı bu acgözlük və gizli razılaşmaya son qoyulmalıdır”.

 Sanders bir neçə gün əvvəl başqa bir tvitində ABŞ-dakı bərabərsizlikləri tənqid edərək, 50 nəfərin sərvətinin Amerika xalqının sərvətinin yarısına bərabər olduğunu bildirmişdi: “Bu gün ABŞ-da çox zənginlər varlanır, işləyən ailələr isə əziyyət çəkir, qənaət istəmirik, təkcə bir neçəsi üçün yox, hər kəs üçün işləyən iqtisadiyyata ehtiyacımız var”.

 Sanders ölkədəki statistik göstəricilərə istinad edərək, tvitini belə davam etdirmişdi: “Bu gün Amerikadakı ən varlı 50 insan, xalqımızın yarısından daha çox sərvətə sahibdir. Bunu təkrar edim, çünki inanmaq demək olar ki, çox absurddur. Bu ölkədəki ən varlı 50 nəfər 165 milyon amerikalıdan daha çox sərvətə sahibdir.

 Bu statistikaya görə, 140 milyon amerikalı aztəminatlı sayılır və 92 milyon insan səhiyyə xidməti üçün pul ödəyə bilmir. Rəqəmlər göstərir ki, 50 milyon amerikalı qida ala bilmir və 40 milyon evsiz qalma təhlükəsi altındadır.

 Bu statistikaya görə, 650 amerikalı milyarder 1 trilyon dollarla varlı olub”.