Mart 28, 2021 12:51 Asia/Baku
  • Niderlandın Əfqanıstanda qanlı əməliyyatı

Niderland hərbçilərinin 2007-ci ildə Əfqanıstanın Uruzqan əyalətində keçirdikləri qanlı əməliyyatla bağlı yeni iddialar səslənir.

 SəhərAzəri xəbər verir ki,  bu barədə “Volkskrant” qəzeti yazıb.

İddia edilib ki, əməliyyatdan əvvəl müttəfiq qüvvələr tərəfindən Niderland hərbçilərinə bölgədə mülki əhalinin yaşaması ilə bağlı xəbərdarlıq edilib:

“NATO müttəfiqlərinin etdiyi xəbərdarlığı Niderland Müdafiə Nazirliyi diqqətə almayıb. Niderland hərbçiləri Talibana qarşı keçirdiyi əməliyyatda mülki əhali arasında itkini də gözə alıb”.

Qeyd edək ki, Niderland Müdafiə Nazirliyi qəzetin iddiaları ilə bağlı açıqlama yaymayıb.

Əlavə edək ki, bəzi mənbələr əməliyyatlar zamanı 80-ə yaxın mülki şəxsin öldüyünü bildirir.

 

Teqlər