Süveyş böhranı: 370-ə yaxın gəmi gözləyir
https://azeri.sahartv.ir/news/dünya-i375029-süveyş_böhranı_370_ə_yaxın_gəmi_gözləyir
Süveyş kanalında saya oturan “Ever Given” yük gəmisinin çıxarılması cəhdi uğursuzluqla nəticələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 28, 2021 18:24 Asia/Baku
  • Süveyş böhranı: 370-ə yaxın gəmi gözləyir

Süveyş kanalında saya oturan “Ever Given” yük gəmisinin çıxarılması cəhdi uğursuzluqla nəticələnib.

SəhərAzəri xəbər verir ki,bu barədə kanal rəsmisi Üsamə Rabiyə bildirib.

Ötən gün qoşqu vasitəsilə gəmini tərpətməyə çalışdıqlarını deyən Rabiyə bu gün yenidən cəhd ediləcəyini vurğulayıb.

Qeyd edək ki, nəhəng yük gəmisinin saya oturması nəticəsində bağlanmış Süveyş kanalının girişində yüzlərlə gəmi keçid növbəsi gözləyir. Süveyş dünya dəniz ticarətinin 8-12 faizinin keçdiyi məkandır.