Floridada fövqəladə vəziyyət
Tampa körfəzində radioaktiv maddələrlə çirklənmiş zəhərli çirkab sularının iri həcmdə sızmasından sonra ABŞ-ın Florida ştatının rəsmiləri fövqəladə vəziyyət elan ediblər.
SəhərAzəri xəbər verir ki, Radioaktiv maddələrlə dolu iri bir hovuzun bərpa edilməsi və sızmanın qarşısını almaq üzrə səylərin nəticəsiz qalması ilə Florida ştatının qubernatoru Ron Desantis hadisə məkanı bölgəsində fövqəladə vəziyyət elan edib.
Florida ştatının rayonlarından birində 300-dən çox ev, boşaltma hökmü alıb və «Piney Point» anbarının yaxınlığındakı şose yolu bağlanıbdır.
Sızmanın baş verdiyi hovuz kimyəvi gübrə istehsalından əldə olunan bir radioaktiv maddə ilə çirklənibdir. Bu hovuzun suyunda az miqdarda radium və uran var.
Bu zəhərli maddələrin bölgədəki əkin sahələrinə yayılmasından irəli gələn nigarançılıqlar artıbdır. Yerli rəsmilərdən biri deyibdir ki, bir neçə dəqiqə ərzində iki milyon 300 min litr həcmində daşqının baş verməsindən söz gedir.