ABŞ Hava Qüvvələrinin yeni hipersəs raket sınağı uğursuzluqla sona çatıb
https://azeri.sahartv.ir/news/dünya-i375425-abŞ_hava_qüvvələrinin_yeni_hipersəs_raket_sınağı_uğursuzluqla_sona_çatıb
“ARRW” proqramı çərçivəsində ABŞ-ın yeni hipersəs raketinin sınağı uğursuzluqla başa çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 07, 2021 04:25 Asia/Baku
  • ABŞ Hava Qüvvələrinin yeni hipersəs raket sınağı uğursuzluqla sona çatıb

“ARRW” proqramı çərçivəsində ABŞ-ın yeni hipersəs raketinin sınağı uğursuzluqla başa çatıb.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Kaliforniya sahillərində Sakit Okean üzərində aparılan sınaq zamanı raket atış zamanı bərkidildiyi “B-52” bombardmançı təyyarədən ayrılmayıb. 

Sınağın uğursuz alınmasına baxmayaraq, ABŞ Hərbi Hava Qüvvələrinin Logistika Komandanlığının sözçüsü briqada generalı Hit Kollins qeyd edib ki, yaranan boşluqların, problemin öyrənilməsi üçün məlumatlar əldə edilib.