Apr 09, 2021 10:24 Asia/Baku
  • Bayden ABŞ-ın müdafiə xərclərini azaldacaq

ABŞ prezidenti Co Bayden ölkənin hərbi büdcəsini sələfi Donald Trampın rəhbərliyi tərəfindən müəyyən edilən rəqəmdən 7 milyard ABŞ dolları məbləğində azaltmağı təklif edəcək.

SəhərAzərinin məlumatına görə, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən xəbər verir.

 Cümə günü (9 aprel - Red) Bayden, müdafiə daxil olmaqla dövlət xərcləri üçün təkliflər təqdim edəcək. Təklifə əsasən müdafiə xərcləri üçün 715 milyard ABŞ dolları nəzərdə tutulub. Halbuki, Tramp bu rəqəmi 722 milyard ABŞ dolları təklif etmişdi. Bu, hərbi xərcləri azaltmaqda israr edən Demokrat Partiyanın nümayəndələrinə doğru addım olacaq.

 Bu ilki maliyyə büdcəsi uzun müddətdən bəri hərbi və digər xərclərə bölünməyəcək. Nəticədə ABŞ Konqresi müdafiə büdcəsini azaltmaq və başqa ehtiyaclara yönəltmək imkanı qazanacaq.

 

Teqlər