Pakistan məşhur islamçı hərəkatı qadağan etdi
https://azeri.sahartv.ir/news/dünya-i375805-pakistan_məşhur_islamçı_hərəkatı_qadağan_etdi
Pakistan hökuməti Təhriki-Ləbbeyk Pakistan ultrasağçı islamçı hərəkatın fəaliyyətini qadağan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 15, 2021 09:34 Asia/Baku
  • Pakistan məşhur islamçı hərəkatı qadağan etdi

Pakistan hökuməti Təhriki-Ləbbeyk Pakistan ultrasağçı islamçı hərəkatın fəaliyyətini qadağan edib.

SəhərAzəri Axar.az-a istinadən  xəbər verir ki, bu məlumatı Pakistan daxili işlər naziri Şeyx Rəşid yayıb. Hərəkatın terrorizmlə mübarizə haqqında qanuna uyğun olaraq qadağan edildiyi bildirilib.

Şeyx Rəşid təşkilatın qadağası təklifi ilə Pəncab vilayət hökumətinin çıxış etdiyini söyləyib.

Qeyd edək ki, bir müddət öncə hərəkatın lideri həbs edilmişdi. O, Pakistan hökumətinə Fransa səfirini “Şarl Hebdo” jurnalında dərc olunan Məhəmməd peyğəmbər karikaturasına görə ölkədən çıxarması tələbini irəli sürməsindən sonra saxlanılmışdı. Bundan sonra təşkilatın tərəfdarları ilə hüquq-mühafizə orqanları arasında toqquşmalar yaşanmış, nəticədə 7 nəfər ölmüşdü.

Hərəkat Pakistan parlamentində güclü olmasa da, ictimaiyyət arasında çox böyük nüfuza sahibdir.