Apr 20, 2021 11:39 Asia/Baku
  • İngilis gəmilərinin Qara dənizə gəlişi Rusiyaya təzyiqdir

Britaniya hərbi gəmilərinin Qara dənizə Bosfor vasitəsilə daxil olması Rusiyanın qorxudulmasına hədəflənib. Qərb çalışır ki, Moskvanın kursuna təsir etsin, amma Rusiya Qara dəniz sahilində olmayan ölkələrin Montrö konvensiyasını icrasına ümid edir.

SəhərAzəri xəbər verir ki,Bunu “RİA Novosti”yə Rusiya Xarici İşlər Nazirliyindəki mənbəsi deyib.

 “Qara dənizə gəmilərin daxil olması ətrafında hər şey bizim ölkəyə təzyiqlərin artırılması məqsədiylə edilir. Onlar belə ümid edirlər ki, biz “başa düşüb”, özümüzü onların bizdən gözlədiyi kimi aparacağıq. Yəqin ki, bizim nədənsə qorxacağımızı mümkün sayırlar. Hər şey buna hədəflənib”, – deyə o bildirib.

 

Teqlər