Apr 20, 2021 16:48 Asia/Baku
  • ABŞ senatoru: “Trampın maksimum təzyiqi tam məğlubiyyət idi”

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin Demokratik üzvü senator Kris Mörfi “J Street” sionist lobbisi önündə çıxış edərək, Donald Tramp administrasiyasının İrana qarşı maksimum təzyiq kampaniyasının tam məğlubiyyət və fəlakət olduğunu söyləyib.

SəhərAzəri Dəyərlər.org-a istinadən xəbər verir kia. Kris Mörfi sionizm tərəfdarı yəhudi lobbisi önündə etdiyi çıxışında bunları deyib: “Donald Tramp administrasiyasının İrana qarşı maksimum təzyiq siyasəti uğursuz oldu və Vaşinqton JCPOA-ya qayıtmalıdır”.

“J Street” ABŞ-da yəhudi liberal lobbi qrupudur və sionist rejimin tərəfdarıdır. JCPOA mövzusunda Barak Obamanın prezidentliyi dövründə bu lobbi qrupu, Netanyahunun mövqeyini tam dəstəkləyən AIPAC lobbisindən fərqli olaraq, Obama administrasiyasına dəstək mövqeyi tutmuşdu.

 

Demokrat senator, Obama administrasiyasının JCPOA dönəmindəki mövqeyi və səyləri üçün “J Street” lobbisinə təşəkkür edib və lobbini Vaşinqtonun müqaviləyə dönməsini dəstəkləməyə dəvət edib: “Maksimum təzyiqin (Tramp administrasiyasının İrana qarşı) faydası budur ki, Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) əleyhdarlarının səhv etdiklərini bilirik və bunu yalnız nəzəri səviyyədə bilmirik, əksinə həm də praktikada və bu razılaşmaya qayıtmağın bizim əlimizdə olduğunu göstərən başqa bir səbəbdir.

 

ABŞ-ın JCPOA-ya qayıtmasından sonra, o koalisiya quruluşundan istifadə edəcəyik. Təkcə Avropanı yox, Çini və Rusiyanı da əhatə edən bir koalisiyadır və digər zərərli davranışlara qarşı bu koalisiya quruluşundan istifadə edə bilərik.

 

Maksimum təzyiq (Tramp administrasiyasının İrana qarşı) fəlakət idi və işlədiyini iddia edə biləcək kimsə yoxdur və bu vəziyyəti düzəltməli olduğumuz vəziyyətdəyik”.